3D Dental Printerlər: UNIZ NBEE, UNIZ UBEE
08 April 2022
Ankyra 3D Mikro İmplant Sistemi, ortodontiyada istifadə olunan və müvəqqəti skelet ankrajı təmin edən qabaqcıl mikro implant sistemidir. Bu texnologiya sayəsində dişlərin dəqiq və sabit şəkildə hərəkəti mümkün olur.
Ankyra 3D Skeletal Anchor System ortodontik müalicələrdə diş hərəkətlərinə dəqiq nəzarət üçün nəzərdə tutulmuş innovativ mikroimplant texnologiyasıdır. Yüksək stabilliyi, sadə tətbiqi və geniş ölçü variantları ilə seçilən bu sistem, müxtəlif ankraj ehtiyaclarını qarşılayaraq, müalicə prosesini həm həkimlər, həm də pasiyentlər üçün daha effektiv və rahat edir.
Sistem, qüvvələrin üç ölçülü boşluqlarda tətbiqinə imkan verərək, müalicə məqsədlərinə uyğun, dəqiq hərəkətləri təmin edir.
Hər mikroimplantda, vertikal və ya horizontal qüvvələrin tətbiqi üçün uyğun olan iki dəstək nöqtəsi (hook) mövcuddur.
Mini-implantlar, inter-radikulyar (diş kökləri arasında) və ekstra-alveolyar (diş kökü xaricində) ankoraj ehtiyaclarına uyğun müxtəlif ölçülərdə mövcuddur.
Sistem, yüksək keyfiyyətli cərrahi poladdan hazırlanmışdır və yüksək sümük sıxlığı olan anatomik sahələrdə yerləşdirilmək üçün uyğundur.
Ankrya iti ucluğu sayəsində əlavə pilot direllərə ehtiyac olmadan asanlıqla birbaşa fiksasiya olunur.