ICX Implant
ICX implant sistemi 2004-cü ildə tanıdılmış Almaniya implant brendidir. İmplant sistemi dental bazara təqdimatından 5 il əvvəl laboratoriya şəraitində test edilib uğurlu nəticələr əldə etdikdən sonra həkimlərin istifadəsinə verilmişdir. Bugün Almaniyada ən çox istifadə edilən implantların sırasında ikinci yerdə dayanan ICX implant sistemi çoxçeşidli ortopediyası ilə həkimlərin sevimli implant sisteminə çevrilmişdir. Son illərdə şirkət implant çeşidlərinin də sayını artıraraq dental bazarda sürətlə yeni məhsullarını istifadəçilərinə çatdırmış və bu məhsullar da ICX sisteminin uğurunu artırmışdır. Hal-hazırda dünyanın 40-dan çox ölkəsində implant sisteminin satışı həyata keçirilir.