Sprint® II
Forestadent-in yeni istehsalı olan Sprint II breketləri yeni texnologiya və innovasiyanı özündə əks etdirir. Əvvəlki nəsil Sprint breketlərdən fərqli olaraq yeni nəsil breket özündə bir sıra yenilik və üstünlükləri ehtiva edir. MİM texnologiyası ilə hazırlanan bu breketlərin hər bir dənəsi ayrıca qəlibdə möhkəm şəkildə preslənərək bir bütöv halında istehsal olunur, yəni breketin heç bir hissəsi sonradan calaq olunmayıb.
Breketin əsas özəllikləri aşağıda sadalanan kimidir:
-Tərkibində nikel qarışımı yoxdur.
-Daha konfortlu və daha cazibədar görünüşə malikdir.
-Qarmaq hissəsi daha uzundur və buda 2 liqatur keçirməyə imkan verir.
-Arxa hissəsindəki çıxıntılar daha rahat və sürətli yapışmanı təmin edir.
-Gövdə hissəsi dişin səthinə tam şəkildə oturması üçün müəyyən qədər ovallıq əlavə edilib.
-Paz hissəsi və gövdənin kənarlarının dizaynındada dəyişiklik olunaraq müalicə mərhələsinə müsbət təsir göstərir.