Truklear

İndi müalicə mərhələsində yeni bir inqilaba imza atmış, dünyada ilk klipləri (qapaqları) keramik olan breketlər istehsal edən Forestadentin bu sistemindən sizdə əminliklə istifadə edə bilərsiniz. Truklear breketlərin tərkibində heç bir metal qarışımı yoxdur və dişin rəngini alma özəlliyinə malikdir.


1. Breketin materialı - Girdə kənarları və tam keramik forması ilə indi həm həkim, həm də pasientlər üçün yeni breket.
2. Breketin qanad hissəsi - Kənarlarındakı çıxıntılar sizə həmçinin lazım olarsa elastiklər taxmağada imkan verir.
3. Dişlərin dəqiq, tez və təhlükəsiz yerdəyişməsi - Paz hissəsindəki 4 ədəd kiçik nöqtəvari çıxıntı sürtünməni azaldır və həmin hissədəki qövsün idarəsini təmin edir.
4. Torqun idarə olunması - Dördüzlü qisimdə olan profil vasitəsi ilə siz .025 ölçülü qövslərdən rahat şəkildə istifadə edə bilərsiniz və dişlərə rahat şəkildə rotasiya edə bilərsiniz.
5. Breketin dəqiq identifikasiya və istiqaməti - Hər bir breket dənəsinin üzərində özünəməxsus rəngli formada şrtixlər mövcuddur ki, bunlarda breketin hansı istiqamətə hansı pozisyada düzülməsini göstərir.
6. Paz hissəsindəki sürüşən klip (qabaq) funksiyası - Rəngi dəyişməyən klip sizə daha rahat rotasiya verməyə imkan yaradır.
7. Rahat açılma və bağlanma - Diyircəklə təmin olunmuş klip daha rahat açılma və bağlanma özəlliyinə malik olmaqla bərabər tərkibində heç bir metal qarışımı yoxdur.
8. Breketin arxa hissəsi - Dünya üzrə 4000 diş üzərində aparılmış nəticəyə gəlinən qənaət sübut edirki Truklear breketinin arxa hissəsindəki daxilə batıq formada olan quyular kleyin daha möhkəm yapışmasına və eləcədə qopardılarkən diş emalına zərər vurmur. Özəlliklə bu breketlərin çıxarılması zamanı Paul`s tool alətindən istifadə etmək lazımdır.