• Şirkət Realdentgroup.az (bundan sonra - Sayt) domeni altında və hüquqi fəaliyyət göstərir. Saytdan və həmçinin onun xidmətlərindən istifadə etməklə siz aşağıda göstərilən şərtlərə razı olduğunuzu və bu şərtlərə riayət edəcəyinizi təsdiq etmiş olursunuz. Realdentgroup.az saytının rəhbərliyi saytın fəaliyyətini dayandırmaq və ya saytda hər hansı dəyişiklik etmək hüququnu daim özündə saxlayır.

  •  1. Sayt istifadəçilərinin hüquq və öhdəlikləri

  • 1.1. Saytın istifadəçisi aşağıda qeyd olunan hüquqlara sahibdir:
  •     - Sayt vasitəsi ilə göstərilən xidmətlərdən istifadə etmək;
  •     - Sayt vasitəsi ilə sayt rəhbərliyi (bundan sonra - Rəhbərlik) əlaqə saxlmaq;
  •     - Saytda yerləşdirilmiş kontent barəsində şirkətə şikayət müraciəti ünvanlamaq, həmçinin saytın fəaliyyətilə əlaqədar şikayət bildirmək;
  •     - Şirkətin xəbərlərinə, kampaniyalarına və aksiyalarına abunə olmaq;

  • 1.2. İstifadəçi sayta daxil olan andan və həmçinin saytın təqdim etdiyi xidmətlərdən istifadə edərkən, aşağıda qeyd olunan şərtlərə əməl etmək öhdəliyi daşımaqdadır:
  •     - Qeyd olunmuş bu qaydalara və həmçinin Azərbaycan Respublikasının qüvvədə olan mövcud qanunvericiliyinin müddəalarına tam əməl etmək;
  •     - Saytdan istifadə edən zaman, saytda yerləşdirilən bütün hüquqi xarakterli məlumatlarla tanış olmaq;
  •     - Şirkətin, sayt istifadəçilərinin və ya üçüncü şəxslərin Azərbaycan Respublikasının qanunverciliyinin təqdim etdiyi müddəaları və qeyd olunmuş bu qaydaları pozma nəticəsində yarananacaq zərərləri ödəmək;
  •     - Şirkətin mövcud qaydalara etdiyi dəyişikliklər barədə yenilikləri yoxlamaq və bu dəyişikliklərdən xəbərdar olmaq;
  •     - Saytın qeyd olunmuş qaydaları, həmçinin bu qaydalara edilmiş dəyişikliklər ilə razı olmadığı halda saytdan istifadəni dayandırmaq;

  • 1.3. Saytdan istifadə zamanı qadağan olunur:
  •     - Saytın normal fəaliyyətinin pozulmasına yönəlmiş hər hansı hərəkətlər etmək;
  •     - Müəyyən üsullar vasitəsilə sayta zərər verə biləcək virus, troyan və digər zərərli proqram və vasitələrdən istifadə etmək;
  •     - Saytda razılaşdırılmamış müxtəlif üsullarla kommersiya reklamları, habelə siyasi təbliğatlar həyata keçirtmək;
  •     - Sayta və saytın mövcud istifadəçilərinə zərər vura biləcək digər hərəkətlər etmək;
  •     - Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, habelə Şirkətin Qaydalarına zidd olan və bu qaydaları pozan hər hansı bir hərəkət etmək.

  •       2. Şirkətin hüquqları və öhdəlikləri
  • 2.1. Şirkət sayt istifadəçilərinə onların saytdan normal istifadəsi üçün texniki imkanlar yaradır və bu imkanları inkişaf etdirir;
  • 2.2. Şirkət sayt istifadəçilərinin şəxsi məlumatlarını xidmət göstərmək məqsədilə istifadəçilərin razılığı əsasında istifadə etmək hüququna malikdir;
  • 2.3. Şirkət başlıca prinsiplərdən biri olaraq sayt vasitəsilə daim dəqiq və dolğun məlumat ötürməyə çalışır, lakin saytda yerləşdirilən məlumatların və şəkillərin dəqiqliyinə görə heç bir məsuliyyət daşımır;
  • 2.4. Saytda yerləşdirilmiş hər hansı bir yazılı məlumatın və ya şəkilli təsvirin dəyişdirilməsi və silinməsi hüququnu özündə saxlayır.


  •       3. Qaydalara dəyişikliklər
  • 3.1 Şirkət istənilən zaman saytın gələcək fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bu Qayda və Şərtlərə dəyişiklik etmək hüququnu özündə saxlayır. Edilmiş dəyişikliklər saytda və ya saytın məxsus olduğu digər informasiya daşıyıcılarında qeyd olunur.