MSE (Maxillary Skeletal Expander) – üst çənənin sümük əsaslı genişləndirilməsi üçün istifadə olunan ortodontik ağız içi genişləndirici aparatdır. Bu çənə genişləndirici aparat ABŞ-da istehsal olunmuşdur və BioTech Dental şirkətinə məxsusdur. MSE, dünyaca tanınmış ortodont Dr. Won Moon tərəfindən hazırlanıb və ənənəvi Hyrax cihazlarından fərqli olaraq, birbaşa damaq sümüklərinə yerləşdirilən mikroimplantlar vasitəsilə sabitlənir.
Dar üst çənəyə sahib yeniyetmə və böyüklərdə tətbiq olunur. Adətən breket müalicəsindən əvvəl istifadə edilir və ortodontik müdaxiləyə uyğun baza yaradır. Cərrahi müdaxiləyə ehtiyac olmadan skelet əsaslı genişlənmə təmin etdiyi üçün SARPE əməliyyatına alternativ kimi də geniş şəkildə istifadə olunur.

MSE (çənə genişləndirici aparat) Əsas Xüsusiyyətləri
- Sümük dəstəkli çənə genişləndirici mexanizm
- 4 mikroimplantla damağa sabitlənir
- Mərkəzi vint gündəlik aktivləşdirilir
- Tənəffüs yollarının açılmasına kömək edir
- SARPE əməliyyatına alternativ
- Simmetrik və stabil genişlənmə
- Həm yeniyetmələr, həm böyüklər üçün uyğundur
- Estetik və funksional nəticələr verir

MSE (Maxillary Skeletal Expander) İstifadə Qaydası
- Quraşdırılma: Ortodont və ya oral cərrah tərəfindən vintlər damağa yerləşdirilir
- Aktivləşdirmə: Pasiyent gündə 1-2 dəfə vintin fırladılması ilə cihazı aktivləşdirir.
- Müddət: Ortodontun göstərişinə əsasən gündəlik istifadə müddəti təyin olunur.
- Nəzarət: Müalicə müddətində mütəmadi klinik yoxlamalar aparılır
MSE kimlərə uyğundur?
- 14 yaşdan yuxarı şəxslər
- Dar üst çənəyə sahib pasiyentlər
- SARPE əməliyyatından yayınmaq istəyənlər
- Burun tənəffüsündə çətinlik yaşayanlar